Azərbaycan prezidenti İlham Əliyev Belarus Respublikası ilə vətəndaşların vizasız rejimi haqqında hökumətlərarası sazişi təsdiqləyib. 15 may 2006-cı ildə Minskdə imzalanmış bu saziş daha əvvəl ölkə parlamenti tərəfindən təsdiqlənib.
İlham Əliyev Moldova Respublikası ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında hökumətlərarası sazişi də təsdiq edib. Mayın 22-də Kiyevdə imzalanmış bu sazişi daha əvvəl ölkə parlamenti ratifikasiya edib.