...

Barselonada "Münaqişələrin həllində İspaniyanın rolu" konfransında Azərbaycan da təmsil olunacaq

Siyasət Materials 20 Oktyabr 2006 18:52 (UTC +04:00)

Noyabrın 24-də İspaniyanın Barselona şəhərindəki "Avropa Evi"ndə (QHT) "Dünyadakı etnik, ərazi və dini münaqişələrin həllində İspaniyanın rolu" mövzusunda iki günlük beynəlxalq konfrnas keçiriləcək. Trend xəbər verir ki, əsasən Avropada təhsil alan gənc tədqiqatçıların təmsil olunacağı konfransın gündəliyinə dünyadakı bütün aktiv münaqişə ocaqlarının siyahısı, həmçinin Dağlıq Qarabağ münaqişəsi daxil edilib. Münaqişə haqda Ermənistan tərəfdən məlumat verəcək tədqiqatçı Sarbon Universitetinin erməni magistrlərindən biri olacaq. Azərbaycan tərəfdən isə İspaniyanın Navarra Universitetinin doktorantı, gənc yazıçı Nərmin Kamal məruzə edəcək. Avropanın bir sıra qeyri-hökumət təşkilatları və KİV nümayəndələri konfransda iştirak edəcəklər.

Konfrans İspaniyanın bugünkü neytrallığını qoruyub saxlamaqla yanaşı, munaqişələrin sülh yolu ilə həlli prosesinə maliyyə ayrırmasına dair məsələ qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti