...

2005-ci illə müqayisədə 2006-cı ildə Ali Məhkəməyə şikayətlərin sayı 5 minə yaxın azalıb

Siyasət Materials 9 Noyabr 2006 16:05 (UTC +04:00)
2005-ci illə müqayisədə 2006-cı ildə Ali Məhkəməyə şikayətlərin sayı 5 minə yaxın azalıb

Azərbaycanda 2005-ci illə müqayisədə 2006-cı ildə Ali Məhkəməyə şikayətlərin sayı 5 minə yaxın azalıb. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib.

R.Rzayevin sözlərinə görə, şikayətlərin azalması qəbul olunan qərarların düzgünlüyünə, stabiliyyinə dəlalət edir.

Məhkəmə sahəsində ən böyük problem kadr məsələsi ilə bağlıdır. Bu problem də yaxın vaxtlarda yeni hakimlərin təyin olunması ilə aradan qaldırılacaq. "Elə hakimlərimiz var ki, ay ərzində 50-60 işə baxır. Təbii ki, hakimin işlərə tələsik baxması çıxarılan qərarların keyfiyyətsizliyinə səbəb olur. Hakimlərin sayı çoxaldıqca keyfiyyət də yüksələcək" - deyə R.Rzayev bildirib.

R.Rzayev onu da qeyd edib ki, hazırkı hakim korpusunda çalışan hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilin sonunadək başa çatdırılacaq. "Hansı hakim fəaliyyətində özünü doğrultmayıbsa, onun fəaliyyətinə xitam veriləcək. Həmin hakimlərin fəaliyyətlərinin vaxtı yeni hakim korpusu təyin edilənə qədər şərti olaraq uzadılıb" - deyə R.Rzayev qeyd edib.

Məhkəmə sədri onu da vurğulayıb ki, 2006-cı il ərzində 60-dan yuxarı hakim müxtəlif qaydada cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti