...

Külək rayonlarda bir sıra problemlər yaradıb

Siyasət Materials 15 Noyabr 2006 12:49 (UTC +04:00)

Ağdam rayonunda güclü külək 6 elektrik dirəyini, çoxlu ağacı aşırıb, 100 km -dən çox elektrik naqilini qırıb. Trend in bölgə müxbiri xəbər verir ki, rayonun Əfətli kəndində 100 kVt-lıq transformatoru sıradan çıxardıb.

Ağdam rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəis əvəzi İ.Əliyevin verdiyi məlumata görə, Ağcabədi rayonunda 330 kVt-lıq yarımstansiyanın təmir işləri getdiyi üçün rayonda 15 saatdan çox elektrik olmayacaq.

Qeyd edək ki, ötən gün Bərdə rayonunda da təxminən saat 17:20-dən başlayan külək rayonda elektrik verilməsində xeyli fasilələr yaradıb. Nəzərə alsaq ki, rayonda su artezianlarında mühərriklər elektriklə işləyir, onda başa düşmək çətin olmaz ki, içməli su məsələsində də problemlər yaranıb.

Xəbər lenti

Xəbər lenti