...

Respublika Baş Prokurorluğunda "Dövlət ittihamçısının məlumat kitabçası"nın təqdimat mərasimi keçirilib

Siyasət Materials 21 Noyabr 2006 18:47 (UTC +04:00)

Noyabrın 21-də Azərbaycan Respublikasının Baş Prookurorluğunda "Dövlət ittihamçısının məlumat kitabçası"nın təqdimat mərasimi keçirilib. Trend xəbər verir ki, mərasimə Baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edib.

R.Usubov bildirib ki, kitabça dövlət ittihamçılarının fəaliyyətinin səmərəliliyinin artırılması və onların zəruri informasiya əldə etmələri işinin asanlaşdırılması məqsədilə hazırlanıb. Belə ki, belə bir kitabçanın hazırlanması barədə qərar 27 aprel 2006-cı il tarixdə Baş prokuror yanında keçirilən dövlət ittihamının müdafiəsi sahəsində mövcud olan problemlərin müzakirəsinə həsr edilşmiş əməliyyat müşavirəsində çıxarılıb.

Kitabça Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegyiyası və digər aidiyyəti qurumlar tərəfindən öyrənilib və kitabça ilə bağlı müsbət rəy verilib. Nəşrdən prokurorluq, məhkəmə və ədliyyə sistemində çalışanların stolüstü məlumat kitabçası qismində istifadə olunacaq.

Tədbirdə Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Prezident Aparatının və Vəkillər Kollegiyasının məsul şəxsləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti