...

Azərbaycan prezidenti YUNİSEF-i 60 illiyi münasibətilə təbrik edib

Siyasət Materials 15 Dekabr 2006 20:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin YUNİSEF uşaq fondunun icraçı direktoru xanım Enn Venemanna təşkilatın 60 illiyi münasibətilə təbrik göndərib.

Məktubda deyilir ki, Azərbaycanda YUNİSEF-in ilk beynəlxalq təşkilat kimi işləməyə başlamasını yaxşı xatırlayırlar. Biz adamlara xüsusən erməni hərbçiləri tərəfindən doğma yerlərindən didərgin düşmüş qaçqın və məcburi köçkün uşaqlara göstərilən köməyi unutmayacağıq. Prezidentin məktubunda mürəkkəb problemlərin həllində fondun apardığı işlər təqdir olunur. Dövlət başçısı BMT-nin minilliyin çağırışı deklorasiyası punktlarının Azərbaycanda birgə və uğurla gerçəkləşməsinə əminliyini ifadə edib. İlham Əliyev həmçinin əmin olduğunu bildirib ki, YUNİSEF bundan sonra da bütün dünyada uşaqların şəraitinin yaxşılaşdırılmasına, onların problemlərinin həllinə yönəlmiş uğurlu işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti