...

Azərbaycanın Rusiyadakı səfiri Xalqlar dostluğu Ordeni ilə təltif olunub

Siyasət Materials 22 Yanvar 2007 15:30 (UTC +04:00)

Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu Xalqlar dostluğu Ordeni ilə təltif olunub. Trend xəbər verir ki, Azərbaycan səfirinə Xalqlar dostluğu Ordenini Rusiya prezidentinin tapşırığı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təqdim edib. O qeyd edib ki, Polad Bülbüloğlunun Azərbaycan-Rusiya mədəni münasibətlərinin inkişafında böyük xidmətləri var.

S.Lavrov mərasimdə qeyd edib ki, "Polad Bülbüloğlu Azərbaycanın mədəniyyət naziri işlədiyi dövrdə öz səyləri və bütün şəxsi yaradıcılığı ilə bizim mədəniyyətlərin qarşılıqlı nüfuzu və qarşılıqlı zənginləşdirilməsi adlandırdığımızı təmsil edir. Və onun bütün etdikləri və etməkdə davam etdirdikləri ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət kəsb edir, belə ki, o, öz borcunu yalnız taleyin çağırışı ilə deyil, həm də ürəkdən yerinə yetirir. Bu indi də hiss olunur. Nisbətən qısa müddətin keçməsinə baxmayaraq, Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışır. Onun bilavasitə iştirakı ilə prezidentlərimizin sammitləri təşkil olunub, Rusiyanın baş naziri Azərbaycana səfər edib, həmçinin bizim iki ölkəmizdə müvafiq olaraq Rusiya və Azərbaycan illəri müstəsna şəkildə uğurlu keçdi. Mən bizim hörmətli dostumuzu bu dövlət mükafatı münasibətilə ürəkdən təbrik etmək istərdim".

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Polad Bülbüloğlunun ordenlə təltif olunması haqqında fərmanı iki əvvəl imzalayıb.

Xəbər lenti

Xəbər lenti