...

Türkiyə əyaləti qubernatoru: Bakı ilə dəmir yolunun açılmasında Qars maraqlıdır

Siyasət Materials 30 Yanvar 2007 12:01 (UTC +04:00)

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun açılması Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı işində böyük rol oynayacaq. Trend in müxbiri xəbər verir ki, bu fikiri Tükiyənin Qars əyalətinin qubernatoru Mehmet Ufuq Erden Azərbaycan KİV nümayəndələri ilə grüşdə səsləndirib.

Onun sözlərinə görə, dəmir yolu xəttinin açılması ölkələr arasında ticarət-iqtisadi, mədəni və dostluq əlaqələrinin fəallaşmasına gətirib çıxaracaq. Onun fikrincə, Qars-Bakı birbaşa aviaəlaqənin açılması da iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynaya bilər.

Mehmet Ufuq Erden həmçinin bildirib ki, Qars ikitərəfli investisiya yatırımında maraqlıdır. O qeyd edib: "Türkiyənin bu əyalətinin biznesmenləri Azərbaycanda işləyirlər və Azərbaycan tərəfindən də Qarsa investisiya yatırılması çox faydalı ola bilər".

Azərbaycan investorlarını cəlb edə biləcək sahələr arasında əyalət qubernatoru heyvandarlıq, sənaye və turizmi xatırladıb. O həmçinin vurğulayıb ki, Ermənistanla Qars arasında heç bir ticarət əlaqəsi yoxdur.

Xəbər lenti

Xəbər lenti