...

Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi Milli Məclisin qarşısında piket keçirib

Siyasət Materials 1 Fevral 2007 15:00 (UTC +04:00)

Məhkəmənin qərarı ilə fəaliyyətinə xitam verilən Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi fevralın 1-də Milli Məclisin qarşısında piket keçiriblər. "Trendin" məlumatına görə, tələbələr bildiriblər ki, onlar təhsil almaq hüquqlarının bərpa olunmasına kömək göstərmək üçün Milli Məclisin elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev, parlamentin insan hüququları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və deputat Fuad Muradovla görüşmək isəyirlər.

Tələbələrin sözlərinə görə, bir neçə dəfə cəhd göstərmələrinə bahmayraq, adları çəkilən şəxslərlə görüşə bilməyiblər. "Əgər bu gün Ş.Hacıyev, R.Aslavnova və F.Muradovla görüşə bilsəmək, Milli Məclisin qarşısını tərk etməyəcəyik", - deyə "Trendə" açıqlamasında tələbələrdən biri bildirib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə fəaliyyətinə xitam verilən Müstəqil Azərbaycan Universiteti tələbələrinin əksəriyyəti digər universitetlərdə yerləşdirilb, lakin 2-ci kursda (2004-cü il qəbulu) oxuyan 600-ə yaxın tələbə təhsilini davam etdirə bilmir. Binəqədi rayon məhkəsməsi də onların başqa universitetə köçürülməməsi haqda qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti