Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məskunlaşma Komitəsinin Brüsseldə keçiriləcək iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyevanın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyətinə həsr olunmuş məruzəsi müzakirə olunacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
G.Hacıyeva iclasda iştirak etmək üçün fevralın 27-də Brüsselə yola düşəcək və səfər martın 3-də başa çatacaq.
Bundan başqa iclsada Avropa Parlamenti ilə əməkdaşlıq, Avropa Komissiyasının miqrasiya və inteqrasiyaya dair təklifləri, qanunsuz miqrantlarla bağlı proqramlar, Avropada insan hüquqları və yaşlı insanların durumu ilə bağlı məsələlər müzakirə ediləcək.
Səfər martın 3-də başa çatacaq.