...

Azərbaycanın müxalifət partiyaları bir-birini ittiham edir

Siyasət Materials 7 Aprel 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ümid Partiyasınını heç kim tərk etməyib və belə qeyri-dəqiq məlumatlar yayanların arxasanda AXCP sədri Əli Kərimli dayanır. Bu barədə şənbə günü Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

O qeyd edib ki, AXCP belə dezinformasiyalar yaymaqla onun nüfuzuna zərbə vurmaq istəyir. "Onlar inkişafın olduğunu, nüfuzun artığını görərək narahat olmağa başlayıblar. Demokratiyadan danışanların belə metodlara əl atmaları müsbət hal deyil", -deyə cənab Ağazadə əlavə edib.

Ümid sədri AXCP-ni və partiyanın rəhbərliyini demokratik dəyərlərə əməl etməməkdə suçlayıb. Onun sözlərinə görə, partiyadan çıxdığı iddia olunan ictimai-siyasi məsələlər üzrə müavini Elşad Əsbətovu qurultaya hazırlıq üzrə konfransı təşkil etmək üçün Yardımlı rayonuna göndərib. Sevinc Qurbanova isə 2005-ci ildən "Ümid" sədrinin müavini deyil.

"Həmçinin Mehirban Əbdülrəhmanova, Purhan İsmayılova, Aysel İsmayılova da Ümid Partiyasını tərk etməyiblər", -deyə cənab Ağazadə əlavə edib.

AXCP-dən isə bildiriblər ki, hər hansı bir mətbuat orqanında gedən informasiyanın onlara heç bir aidiyyəti yoxdur. Ona görə də İqbal Ağazadənin ittihamları əsassızdır.

Qeyd edək ki, sağ mərkəzçi və müxalifətyönlü Ümid Partiyası 2002-cü ildə yaradılıb. Partiya hazırda Milli Məclisdə 1 nəfər deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti