...

Azərbaycanda dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün kurslar keçiriləcək

Siyasət Materials 7 May 2007 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda seçki hüququnun təşviqi ilə bağlı mayın sonundan dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün kursların keçirilməsinə başlanılacaq. Bu barədə bazar ertəsi Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

Onun sözlərinə görə, kurslar Azərbaycanda fəaliyyət göstərən bütün dairə və məntəqə seçki komissiyalarının üzvlərinə şamil ediləcək və mərhələli şəkildə həyata keçiriləcək.

Azərbaycanda 125 dairə və 5000-ə yaxın Məntəqə Seçki Komissiyası fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti