...

Xüsusi nümayəndə: "Avropa Birliyinin fundamental haqlar üzrə Bürosunun yaradılması Avropa Şurası üçün təhlükəli deyil" (video)

Siyasət Materials 11 May 2007 16:00 (UTC +04:00)
Xüsusi nümayəndə: "Avropa Birliyinin fundamental haqlar üzrə Bürosunun yaradılması Avropa Şurası üçün təhlükəli deyil" (video)

Azərbaycan, Bakı /müx. " A.İsmayılova/ Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia cümə günü Trend ə müsahibəsində bəyan edib ki, Vyanada Avropa Birliyinin fundamental haqlar üzrə Bürosunun yaradılması Avropa Şurası üçün təhlükə törətmir.

Onun sözlərinə görə, bu halda iki fərqli təşkilatdan söhbət gedir. "Avropa Şurası sözün gerçək mənasında hökumətlərarası təşkilatdır. Yeni təşkilatı isə artıq mövcud olan siyasi qurumlarla müqayisə etmək mümkün deyil" - deyə Bribosia vurğulayıb.

İnsan haqları üzrə yeni Büronun yaradılmasının Avropa Şurasının (Monteneqro daxil olmaqla buraya 47 ölkə daxildir) fəaliyyətinə təhlükə törədəcəyi ehtimalına gəldikdə isə Bribosia qeyd edib ki, Avropa Şurası üzvləri gələcəkdə insan haqlarına investisiyaların yatırılmasında maraqlıdır. "Biz maraqlıyıq ki, insan haqları ilk öncə ölkələrin özlərində müdafiə olunsun və yalnız bundan sonra vətəndaşlar insan haqları üzrə Avropa məhkəməsinə üz tutsunlar" - deyə o bildirib.

Bribosia hesab edir ki, Avropa Birliyi də insan haqları ilə bağlı məsələlərin quruma üzv dövlətlərin özlərində həll olunmasını istəyir. Bu üzdən də Avropa Birliyi üzvləri belə bir təsisat yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu təsisat qurum daxilində də insan haqları ilə bağlı məsələləri çözəcək.

Ötən il Lyuksemburqun baş naziri Avropa Şurasının gələcəyini təhlil edən sənəd hazırlayıb. Təkliflərdən biri o idi ki, Avropa Birliyi özü Avropa Şurasının üzvü olsun. Bribosia ümid edir ki, yaxın perspektivdə Avropa Birliyi Avropa Şurasına üzv qəbul ediləcək. Ancaq bunun üçün Avropa Birliyinin Avropanın insan haqları konvensiyasına qoşulması gərəkdir. "Avropa Birliyinin bu konvensiyaya qoşulması üçün artıq siyasi iradə var. Qalıb yalnız bəzi texniki məsələlər. Onları da həll etmək olar" - deyə Bribosia vurğulayıb.

Xəbər lenti

Xəbər lenti