...

Novruz Məmmədov: "Azərbaycan Polşada keçirilən energetika sammitində imkanlarını reallaşdırmaq üçün iştirak edib" (video)

Siyasət Materials 21 May 2007 15:21 (UTC +04:00)
Novruz Məmmədov: "Azərbaycan Polşada keçirilən energetika sammitində imkanlarını reallaşdırmaq üçün iştirak edib" (video)

Trend in Azərbaycan Prezidenti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla müsahibəsindən hissə

- Qərb Rusiyadan olan enerji asılılığını Orta Asiya, o cümlədən Azərbaycanın hesabına aradan qaldırmaq istəyir. Bu baxımdan Krakovda - Azərbaycan, Polşa, Gürcüstan, Litva və Ukraynanın birgə kommunikeyə imza atması, hətta "Rusiya əleyhinə" təşkil olunmuş bir akt kimi də qiymətləndirildi.

- Polşada prezident bu addımı heç bir dövlətə qarşı deyil, yalnız öz imkanlarımızı reallaşdırmaq üçün atdı. Bu fikirləri Rusiya ilə Azərbaycan arasında olan münasibətlərə soyuqluq gətirmək üçün səsləndirirlər. Azərbaycanın özündə də bir çox mətbuat nümayəndələri var ki, mən onların Azərbaycana səmimi məhəbbəti olduğunu görmürəm və onlar müəyyən məsələlərdə ancaq təxribat xarakterli məlumatlar yazırlar. Bəzən o qədər bu işə aludə olurlar ki, özlərinə "quyu qazırlar". O cümlədən, son zamanlar 1991-1993-cü illərdə neft kontraktları ilə bağlı gedən proseslərə aid yazılar. Jurnalistlər bunu da iqtidarın üzərinə yıxmaq istəyir. Bu dərəcədə düşmən mövqedə durmaq olmaz. Rusiyanın özündə də Azərbaycanın inkişafını istəməyənlər var. Dünyada enerjiyə olan tələbat o qədər böyükdür ki, Rusiyanın da, Azərbaycanın da imkanları indikindən beş qat artıq olsa belə, bu ehtiyac daim hiss ediləcək və bütün ölkələri müəyyən müddət ərzində tam təmin etmək heç də asan deyil. Ona görə də kimsə bu məsələləri rəqabət, düşmənçilik müstəvisində qurursa, onun başqa məqsədləri var. Yəni Rusiya öz ərazisindən nə qədər neft və qaz ixrac edəcəksə, buna ehtiyac var. Əslində, Azərbaycan və Rusiyanın hətta Orta Asiyadan ixrac edəcəyi neft və qaz yenə də Avropanı tam təmin etməyəcək. Burada sadəcə bir "bazar" var. Kommersiya maraqları var. Maraqlıdır ki, Rusiya rəsmiləri bu prosesi belə qəbul etmir, amma hansısa jurnalist, siyasətçi, politoloq bunu özü istədiyi kimi təqdim edir. Lakin onlar öz məqsədlərinə heç vaxt çata bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti