...

Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının iclası keçiriləcək

Siyasət Materials 23 May 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Mayın 24-də Moskvada Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin deputatları - Regional məsələlər daimi komissiyasının sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arif Rəhimzadə, Elton Məmmədov, Rövşən Rzayev və Mixail Zabelin iclasda iştirak etmək üçün mayın 23-də Moskvaya yola düşəcəklər.

İclasda Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət-iqtisadi əməkdaşlığının vəziyyəti, perspektivləri və qanunvericilik təminatı, iki ölkə arasında  elmi-texniki, mədəni və humanitar sahələrdə fəaliyyətin hüquqi əsasları, qurumun qarşısında duran vəzifələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Parlament nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, münasibətlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti