...

Vitse-spiker: "Müsavatı təmsil edən deputatlar Milli Məclisin işində iştirak etidyi halda, bu partiyanın seçki komissiyalarına öz nümayəndələrini göndərməməsi başa düşülən deyil"

Siyasət Materials 15 İyun 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müsavatı təmsil edən deputatlar Milli Məclisin işində iştirak etdiyi halda, bu partiyanın seçki komissiyalarına öz nümayəndələrini göndərməməsi başa düşülən deyil. Bu barədə hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, parlament Müsavat Partiyasına müraciət edib ki, Mərkəzi Seçki Komissiyasına, o cümlədən dairə və məntəqə seçki komissiyalarına öz nümayəndələrini göndərsin: "Əgər onlar bu hüquqlarından istifadə etmirlərsə bu onların öz problemidir. Amma onların bu hüquqları hələ də saxlanılır".

Qanunvericiliyə görə Azərbaycanda seçki komissiyaları Milli Məclisdə təmsil olunan partiyaların və heç bir partiyanın üzvü olmayan bitərəf deputatların müəyyənləşdirdikləri nümayəndələrdən formalaşdırılır. Hazırda parlamentdə çoxluq təşkil edən partiya, azlıqda qalan partiyalar və bitərəf deputatalar öz nümayəndələrini seçki komissiyalarına göndəriblər. Lakin Milli Məclisdə beş deputatla təmsil olunan Müsavat Partiyası öz nümayəndələrini seçki komissiyalarına göndərməkdən imtina edir. Müsavat seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsaslarda formalaşdırılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti