...

Nazir müavini: "Azərbaycan insan alverinə qarşı mübarizədə önəmli yer tutur" (video)

Siyasət Materials 18 İyun 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan insan alverinə qarşı mübatrizədə önəmli yer tutur. Daxili işlər nazirinin müavini Oruc Zalov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib ki, son illər Azərbaycanın insan alveri ilə mübarizədə gördüyü tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir. Bu problemlə mübarizə məqsədilə xüsusü xidmət orqanı yaradılıb. Həmin orqanın fəaliyyəti nəticəsində insan alveri ilə bağlı kifayət qədər fakt aşkarlanıb: "Ötən il 78, bu ilin birinci rübündə isə 20-25 fakt aşkarlanıb. Həmin cinayətlərin iştirakçıları qanun çərçivəsində cəzalandırılıblar".

Azərbaycan ABŞ Dövlət Departamentinin ötən il dünyada insan alverinə qarşı aparılan mübarizəyə dair hesabatında Azərbaycan həm mənbə, həm də tranzit ölkə kimi qeyd olunub.

Nazir müavini respublikaya qanunsuz miqrantların daim axını olduğunu vurğulayıb və qeyd edib ki, ölkədə qanunsuz yaşayan, qeydiyyata düşməyən əcnəbilər qanun çərçivəsində deportasiya olunur. Zalov bu işin davam etdirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti