Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü münasibəti ilə iyulun 14-də Bakının Milli Parkında konsert və atəşfəşanlıq təşkil olunacaq. Bu barədə cümə axşamı Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlib.
İldönümü münasibəti ilə təşkil olunacaq konsert Milli Parkdakı saat qülləsinin qarşısında saat 21.00-dan 23.00-dək olacaq.