...

Azərbaycanla Qazaxıstan arasında yüksək səviyyədə görüşlər keçirilir

Siyasət Materials 7 Avqust 2007 00:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana ikigünlük rəsmi səfəri başlayıb. Səfər proqramına əsasən səfərin birinci günündə Qazaxıstan prezidentinin Ak orda iqamətgahında iki ölkə liderlərinin görüşü olacaq. Daha sonra genişləndirilmiş tərkibdə görüş keçiriləcək və birgə mətbuat-konfransı keçiriləcək.

Nazirliyin məlumatına görə, avqustun 8-də Əliyevin Qazaxıstan hökümətinin başçısı Karim Masimov və parlamentin spikeri Kasımjomart Toskayevlə görüşü planlaşdırılıb. Elə həmin gün yerli ənənəyə uyğun olaraq İlham Əliyev "Əbədi alov" önündə ağac əkəcək.

Azərbaycan prezidentinin Qazaxıstana rəsmi səfəri avqustun 8-də günün ikinci yarısında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti