...

Venesiya Komissiyası: "Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsi ilə bağlı fikir ayrılıqları var"

Siyasət Materials 10 Sentyabr 2007 13:24 (UTC +04:00)

Fransa, Strasburq / Trend , müxbir A.Məhərrəmli/ Strasburqda Azərbaycan nümayəndə heyəti və Avropa Şurasının Venesiya Komissiyasının təmsilçiləri arsında keçirilən məsləhətləşmələr zamanı Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi layihəsi ilə bağlı fikir ayrılıqlarının olması müəyyən olunub. "Bizim razılaşmadığımız bir sıra apektlər var" - deyə şənbə günü Venesiya Komissiyasının (VK) seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov bildirib.

VK və Azərbaycan nümayəndə heyəti arasında növbəti məsləhətləşmələr sentyabrın 6-7-də Strasburqda baş tutub. Danışıqlarda Azxərbaycan tərəfini Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan MSK sədri Məzahir Pənahov və digər rəsmi şəxslər təmsil ediblər.

Kuznetsovun sözlərinə görə, məsləhətləşmələr Avropa Şurası və Azərbaycanın əməkdaşlığı çərçivəsində baş tutub və ümumi xarakter daşıyıb. "Seçki Məcəlləsinə dəyişiklik məsələsi ilə bağlı müzakirələr çoxdan aparılır və biz Azərbaycanın rəsmi şəxsləri ilə yenidən fikir mübadiləsi apardıq" - deyə o bildirib və qeyd edib ki, növbəti görüş oktyabr ayında Bakıda VK və Azərbaycan tərəfinin təşkil etdiyi Dəyiri masa çərçivəsində baş tutacaq. Tədbirin keçiriləcəyi tarix hələ müzakirə olunur.

Kuznetsov həmçinin "Azadlıq" müxalifət bloku tərəfindən VK-ya Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı edilən təklif məsələsinə də toxunub. Onun sözlərinə görə, Komissiya Azərbaycanın rəsmi hakimiyyət orqanları ilə işləyir və bu səbəbdən də təqdim olunan təkliflərlə bağlı qərar verilə bilməz. "Bu təkliflər nəzərdən keçirilməsi məqsədilə Avrora Şurasının Azərbaycan üzrə məruzəçilərinə təqdim olunub" - deyə o bildirib.

"Seçki Məcəlləsi böyük önəm daşıyır. Bizim mövqeyimiz ondan ibarətdir ki, seçki prosesi cəmiyyətin bütün təbəqələrini əhatə etsin, seçicilər öz fikirlərini ifadə edə bilsinlər və hər bir səs hesablansın. Ümid edirəm ki, bizim Seçki Məcəlləsi ilə bağlı tövsiyələrimiz nəzərə alınacaq" - deyə Kuznetsov bildirib.

Xəbər lenti

Xəbər lenti