...

"Milli Parolimpiya Komitəsinin baş katibi: Azərbaycan Pekin Oyunlarına 16-17 lisenziya qazana bilər"

Cəmiyyət Materials 14 Sentyabr 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Azərbaycanın parolimpiya yığması qarşıdan gələn Pekin Oyunlarında 16-17 idmançı ilə təmsil olunacaq". Bu barədə mətbuat konfransında "RİA-novosti" agentliyinə Milli Parolimpiya Komitəsinin baş katibi Afiq Süleymanov məlumat verib.

O qeyd edib ki, qarşıda atletləri bir sıra yarışlar gözləyir ki, bu yarışlarda onlar Olimpiya çempionatına boş yerlər uğrunda mübarizə apara bilərlər.

"Yaxın zamanlarda Taypeydə (Tayvan) Dünya Oyunları başlanacaq. Bu oyunlarda komandamız yeddi yüngül atletlə təmsil olunacaq. Düşünürəm ki, iki-üç idmançı normativləri bütünlüklə yerinə yetirə bilər. Həmçinin, kamandan ox atma üzrə dünya çempionatında iştirak edəcək Zeynəb Vəliyevaya ümid bəsləyrik. Paurliftinq ustalarını isə, Malaziyada keçiriləcək yarış gözləyir. Burada Azərbaycan 4 idmançı ilə təmsil olunacaq" - deyə A.Suleymanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti