...

Naxçıvanda Batabat Astrofizika Rəsədxanası istifadəyə verilib

Cəmiyyət Materials 29 Sentyabr 2007 04:41 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Məmmədov/ Trend in Naxçıvan müxbirinə AMEA Naxçıvan Bölmçsindən verilən məlumatda bildirilir ki, rəsədxananın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik, Milli Məclisin deputatı İsmayıl Hacıyev açılış mərasimində çıxış edərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılıb. 2003-cü ildən isə elmi-tədqiqat müəssisəsi kimi AMEA Naxçıvan Bölməsinin tərkibinə verilib.

İ.Hacıyev bildirib ki, Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir.

Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompyuter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb.

Binanın günbəzində "SEYYS-600" tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb.

Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər.

Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.

Qeyd edək ki, muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq bu stansiyada günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometaları, asteroidləri, ulduzları və yaxın qalatikaları müşahidə və tədqiq etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti