...

Azərbaycan Olimpiadada altı cüdoçu ilə təmsil oluna bilər

Cəmiyyət Materials 2 Oktyabr 2007 17:15 (UTC +04:00)

Hollandiya, Rotterdam / Trend , müxbir Z.Səfərov/ Olimpiadaya düşmə şansı olan cüdoçuların sayı altıya çatıb.

Braziliyada keçirilən dünya çempionatında gümüş medal qazanaraq, Pekinə vəsiqə əldə edən Elnur Məmmədliyə Mehman Əzizov ( 81 kq), Mövlud Mirəliyev ( 100 kq), Ramil Qasımov ( 66 kq), Elxan Məmmədov ( 90 kq) və Kifayət Qasımova ( 57 kq) da qoşula bilər.

Xüsusilə də, birinci iki idmançının yaxşı şansı var; onlar öz çəki dərəcələrində, müvafiq olaraq, üçüncü və dördüncü yerləri tutublar. Eyni zamanda, Rotterdamdakı dünya Superkubokunda yaxşı çıxış edərək beşinci olan Qasımovanın şənsı var. Bu çıxış sayəsində o, artıq dünya reytinqində üçüncü yerə yüksəlib ki, indi onun ilk beşlikdə möqeyini itirməməsi lazımdır.

Avropa Cüdo İttfaqı (EJU) növbəti reytinq cədvəlini oktyabrın 13-də Bakıda start götürəcək dünya kubokundən sonra elan edəcək.

Xəbər lenti

Xəbər lenti