...

BOK-un Olimpiya-2016-nın təşkil edilməsi üzrə iddiaçı-şəhərlər üçün seminarı başlayıb

Cəmiyyət Materials 16 Oktyabr 2007 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Oktyabrın 15-də Lozannada, Bakı da daxil olmaqla, Olimpiya-2016-ya namizəd şəhərlər üçün Beynəlxalq Olimpiya Komitəsinin seminarı keçiriləcək.

Məhz orada Oyunlara hazırlıq nüansları ilə bağlı bütün məsələlər detalları ilə müzakirə olunacaq. Bakı nümayəndə heyəti burada şəhər icra hakimiyyəti, həmçinin, Milli Olimpiya Komitəsi və Respublika Gənclər və İdman Nazirliyinin nümayndələri ilə təmsil olunacaq.

Seminar zamanı xüsusi sorğu vərəqəsinin də elan olunacağı gözlənilir. Bu vərəqəni, namizədlə ilkin tanışlıq məqsədi ilə, bundan sonra onun BOK-a verilməsi üçün hər bir namizəd əldə edəcək.

2016- Oyunlarına yeddi namizəd - Praqa, Madrid, Rio-de-Janeyro, Tokio, Çikaqo, Bakı və Doha iddia edir .

Xəbər lenti

Xəbər lenti