Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxaliya/ Tbilisinin "Rustavi" kinoteatrında oktyabrın 31-də Gürcüstan, Azərbaycan və Ermənistan tələbələrinin çəkdikləri sənədli filmlərin festivalı keçiriləcək. Festival "Yol kəsişməsində" adını daşıyır və "İnternyus", "İnternyus Azərbaycan", "İnternyus Ermənistan" Fondlarının həyata keçirdiyi Cənubi Qafqaz "Telesənədləşmə emaltxanası - yol kəsişməsində" regional media-layihəsinin yekunu olacaq.
Layihənin maliyyə dəstəyini "Avrasiya" Fondu təmin edib.
Festivala 21 film təqdim olunub və qaliblər açağıdakı nominasiyalar üzrə müəyyənləşdiriləcək:
1. Festivalın ən yaxşı filmi
2. Ən yaxşı əməkdaşlıq
3. Xüsusi xəyal/orijinal ideya
4. Ən yaxşı rejissor işi
5. Ən yaxşı ssenari
6. Ən emosianal film
7. Münsiflərin xüsusi mükafatı
Festivalın ən yaxşı filmi Qran-pri ilə mükafatlandırılacaq, digər nominasiyaların qalibləri isə, hədiyyə və diplomlar alacaqlar. Festivala təqdim olunan 7 dəqiqəlik filmlər Gürcüstan, Azərbaycan və Ermənistanda hazırlanıb.
Filmlərin hazırılandığı bütün proses ərzində - mövzu seçilməsindən montaja qədər, gənc müəlliflər "İnternyus" Fondunun əməkdaşları ilə - prodüser, operator və rejissorlarla məsləhətləşiblər.