Azərbaycan, Bakı, 11 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/
"Cavid həyatı" İranda fevral ayında başlayan kinofestivalda iştirak etməli olsa da, nədənsə, hələ də dəvət almayıb. Bu barədə məlumat almaq üçün TrendLife müxbiri filmin rejissoru Ramiz Həsənoğluya müraciət etdi. "Hələki "Cavid həyatı" filmi rəsmi olaraq İran kinofestivalına dəvət olunmayıb. Bundan əlavə ,bizdə filmin uğurlu surəti yoxdur ki, həmin festivalda təqdim edək. Filmi DVD versiyasında ora göndərmək isə, məncə, düzgün alınmazdı".
Onu da qeyd edək ki, İran kinofestivalı bütün Şərqdə nüfuzlu festivallardan sayılır. Bu festivala nəinki Şərqdən, Avropadan və ABŞ-dan işlər göndərilir.