...

Namiq Qaraçuxurlu mənim üçün pulzsuz mahnı yazıb – Azərbaycan müğənnisi Əbdül Xalid

Cəmiyyət Materials 19 Fevral 2008 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı,19 fevral /müx. TrendLife Şahin Cavadsoy

Musiqili meyxananın layiqli davamçısı Namiq Qaraçuxurlunun bəstəkarlıq fəaliyyəti şaxələnir. Yazdığı mahnıların sayını bilməyən meyxanaçı-müğənni, indi də musiqilərinin gənc ifaçılar tərəfindən oxunmasında maraqlıdır. Bu haqda məlumat verən "N brothers" qurupunun keçmiş solisti Əbdül Xalid Namiqin bu istəkdə olmasına belə haqq qazandırdı:" Dinləyicilər bilirlər ki, mən Namiq Qaraçuxurlunun "Çox çəkdi dara" mahnısını ifa etmişəm. Bu işbirliyi o qədər uğurlu alındı ki, artıq Namiq mənim üçün yeni bir mahnı yazır. Sevgidən bəhs edəcək bəstə ritmik notlar üzərində olacaq. Bilirəm ki, mahnı hitə çevriləcək. Adını hələlik sirr saxladığım mahnıya klip çəkdirməyi də düşünürük". Söhbət qonorardan gedəndə Xalid bunları söylədi: "Qoy dinləyicilər mənim bu sözümü başqa mənaya yozmasınlar. Namiq həddindən artıq gözütox bir insandır. Ona görə də ifa edəcəyim digər mahnılarını da mənə təmənnasız verəcək. Ancaq başqaları sevinməsinlər. Çünki, bu şərtlər yalnız mən Əbdül Xalid üçün geçərlidir".

Xəbər lenti

Xəbər lenti