...

Röya Türkiyədən yaradıcılıq təklifi alıb

Cəmiyyət Materials 20 Fevral 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Günel Əhmədova/

Röyanın Türkiyə səfəri bir çox məqamları ilə yadda qalıb. Xatırladaq ki, son illər müğənnini qonşu ölkəyə aparan səbəblərdən biri də Sərdar Ortacla imzaladığı məlum müqaviləsi olub. Lakin türkiyəli sənətçinin ağır şərtləri, eyni zamanda, Röyanın gərgin iş qrafiki müqavilədə yazılan şərtlərin reallaşmasına bir qədər mane olur. Müğənninin mətbuat katibinin TrendLife-a bildirdiyinə görə, Sərdar Ortacla nəzərdə tutulan müqavilənin bir neçə şərti qüvvədən düşüb. Onları qarşıdakı həftələrdə "Gəl danış" adlı duetin ifası bir araya gətirəcək:

"Ümumiyyətlə, müğənninin müğənni ilə çalışması bir qədər ağırlıq yaradır. Sərdarın şərtləri ilə çalışsaq, Röya daima Türkiyədə olmalı və fəaliyyət istiqamətini müqaviləyə uyğun müəyyən etməli idi. Bunun çox vaxt aparacağını əvvəlcədən düşünən Röya qərara aldı ki, bir neçə aylıq vaxtını məhz Sərdarın təklifi üzərində qurmasın. Çünki onun bundan əlavə konsert və digər layihələri var və bunlara vaxt ayırmaq lazımdır. Sonda tərəflər bu qənaətə gəldilər ki, hələlik dueti qüvvədə saxlasınlar".

Qeyd edək ki, Türkiyədən Röyaya təklif ünvanlayan Sərdar Ortac birinci olsa da, sonuncu deyil. Müğənninin səs imkanları ilə tanış olan bir neçə məşhur firmadan ona yaradıcılıq təklifi ünvnalanıb. Türkiyəyə sonuncu səfərində müğənni ilə ayaqüstü görüşən şirkət nümayəndələri hazırda onun qərarını gözləyirlər. Hələlik ad çəkmək istəməyən müğənni tərəf yalnız onu bildirdi ki, həmin şirkətlərin meqa-star Tarkan və Sezen Aksunun məşhurlaşdırılmasında böyük xidmətləri olub. Röya yaxın gələcəkdə onlardan biri ilə əməkdaşlıq etməyi düşünür.

Xəbər lenti

Xəbər lenti