...

Faiq Ağayev niyə arxa plandadır?

Cəmiyyət Materials 21 Fevral 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /müx. TrendLife Günel Əhəmdova/

Son vaxtlar mətbuat Faiq Ağayevin şou-biznesdən bir qədər uzaqlaşacağı barədə yazır. Lakin müşahidələr bunun əksini göstərir.

Ağayev barədə yayılan söhbətlərin özəyini ona ATV-də qadağanın qoyulması barədə xəbərlər təşkil edirdi. Doğrudan da, "Yeni ulduz" layihəsinin münsifləri arsında əyləşən cənab şlyagerin "Lider"dəki məlum anonslarından sonra ATV-ni tərk etməsi qəribə idi. Məsələnin kökündə yalnız əməkdar artistin başqa tele-kanalda müəllif verilişi aparması durmur. Xatırlayırsınızsa, ötən ilin sonlarında Faiq Ağayev idman növünə həsr olunmuş verilişə aparıcılıq edəcəyi barədə TrendLife-a müsahibə vermişdi. Sonradan öyrəndik ki, layihənin yayımı ATV-də nəzərdə tutulub. Lakin 2008 - ci il başlayandan sonra əməkdar artistin Ülviyyə Könülün "Lider" kanalında nəzərdə tutulan silsilə verilişlərindən birinə aparıcılıq edəcəyi xəbərləri dolaşdı. ATV-nin müğənniyə qarşı sərt mövqeyi də buradan qaynaqlanmağa başladı. Çünki o dönəmdə Ağayevin idman layihəsindən imtina etdiyi fikirləri söylənilirdi. Heç bir şərhsiz- filansız, onun "Yeni ulduz"dakı kürsüsündə Aygün Kazımova əyləşdirildi. Söhbət böyüyəndə isə, müsabiqənin məsulları müğənninin dilindən onun iş qrafikinin sıx olduğunu önə çəkərək, nə şişi yandırdılar, nə də kababı. Amma bütün bu olanların fonunda Faiq Ağayevi arxa planda gördük. Ümumiyyətlə, nəzər yetirsək, əməkdar artistin simasını ekrana gətirən, hələ ki, məlum layihənin anonslarıdır.

Lakin Ağayevin adının hallandırıldığı məsələ bununla yekunlaşmır. Məsələn, müğənni Yeganə iddia edir ki, ilk animasiya görüntülü klipi Faiq deyil, o çəkdirib.

Yeganənin fikirləri ilə razılaşmayan cənab şlyager TrendLife-a açıqlamasında belə deyib: ""Biləydin kaş", Yeganənin klipindən fərqli olaraq, üç qrafikada çəkilib. Klipdə obrazı özüm oynamışam. Yəni plastilinlərlələ mənim rəsmim cızılıb. Amma Yeganənin klipində animasiya olsa da, qrafika yoxdur. Orada yalnız şəkillərdən, natura çəkilişlərindən və digər elementlərdən istifadə olunub. Eyni zamanda, obrazları kuklalar və ya aktyorlar ifa edib. Onu da əlavə edim ki, hələ bir neçə il əvvəl Manana ilə Ədalətin animasiyalı klipi çəkilib". Söhbətini bununla yekunlaşdırmayan Faiq ATV telekanalı ilə münasibətlərinin gərgin nöqtəyə çatmadığını söyləyib. Eyni zamanda vurğulayıb ki, efirdə ona görə görünmür ki, tele-layihənin ssenarisi üzərində çalışması çox vaxt aparır. Yeri gəlmişkən, qeyd edək ki, əməkdar artistin "Ulduzlu axşamlar" verilişi fevralın 26-dan, Xocalı faciəsinin ildönümündən sonra efirə çıxacaq. Həftənin 5 günü axşam saatlarında "Lider"in siması olacaq Faiq Ağayevin qonaqlarını bir çox təbəqənin nümayəndələri təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti