...

Ukrayna məhkəməsi azərbaycanlı kriminal avtoriteti həbsdən azad etmədi

Cəmiyyət Materials 29 Fevral 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Kiyevin Şevçenko rayon məhkəməsi azərbaycanlı kriminal avtjritetin həbsdən azad olunması barədə şikayətini rədd edib.

Ukraynanın Praym Kraym İnformasiya Agentliyinin yaydığı məlumata görə, cümə axşamı məhkəmə kriminal aləmdə "Rövşən Lənkəranlı" kimi tanınan Rövşən Caniyevin şikayətinə baxıb.

Caniyev iki həftə öncə Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Caniyevin vəkili Oksanu Pavilenko hüquqlarını müdafiə etdiyi şəxsin həbs olunan zaman hüquqlarının pozulduğunu və onun barəsində psixi dispanserdən alınan rəyi əsas gətirərək kriminal avtoritetin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.

Məhkəmə Caniyevin beynəlxalq axtarışda olduğunu və onun cinayətinin ağırlığını əsas gətirərək barəsindəki həbs qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti