...

Rafael və Coşquna hər şey olar – Əməkdar artist Brilyant Dadaşova

Cəmiyyət Materials 3 Mart 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart /müx. TrendLife Şahin Cavadsoy/

Üç gün ərzində Akademik Milli Dram Teatrının səhnəsində "Qadınlar 3" tamaşasıyla çıxış edən Rafael İsgəndərovla Coşğun Rəhimov cütlüyü hələ altı gün də pərəstişkarlarını sevindirəcək. Maraqlı səhnələrlə bol olan tamaşada yerli müğənnilərimizlə bərabər, xarici estrada ulduzları da "Bu şəhərdə"nin sakinlərinin hədəfinə çevrilirlər. Təqlid olunanlar arasında əməkdar artist Brilyant Dadaşova da var. Amma tək yox, bir vaxtlar duet oxuduğu reper Anar Nağılbazla bahəm. Qeyd edək ki, onların bir vaxtlar oxuduqları "Mən səni sevirəm" dueti Rafael-Coşğun tərəfindən çox fərqli şəkildə parodiya edilir. Təqlid olunmasında heç bir qəbahət görmədiyini söyləyən Brilyant xanım, TrendLife vasitəsi ilə "Bu şəhərdə"nin sakinlərinə öz mesajını belə ünvanladı: "İlk əvvəl onu vurğulayım ki, Rafael və Coşğuna hər şey olar. Onlar çox istedadlıdırlar. Özü də neçə ildir ki, tamaşalarında müğənniləri parodiya edirlər. Anarla oxuduğum duetin təqlidinə maqazin verilişlərinin birindən baxdım. Yəqin ki, vaxt edib, mütləq Akedimik Milli Dram Teatrına onları izləməyə gedəcəm. Çünki, onlar tamaşaçılarına fərqli Brilyantı göstərdilər. Bu aktyorlara halal olsun".

Xəbər lenti

Xəbər lenti