...

"Azadlıq" qəzetinin baş redaktoruna 4 il iş verilb

Cəmiyyət Materials 7 Mart 2008 12:58 (UTC +04:00)
"Azadlıq" qəzetinin baş redaktoruna 4 il iş verilb

Azərbaycan, Bakı, 7 mart / Trend , müxbir K Zərbalıyeva/ "Azadlıq" qəzetinin baş redaktoruna məhkəmənin hökmü ilə 4 il iş verilib.

Cümə günü Bakının Yasamal rayon məhkəməsində haim Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə baş redaktor Qənimət Zahidə və Vüsal Həsənova hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüsal Həsənova 1 il 6 ay iş verilib.

Baş redaktorun həbsinə noyabrın 7-si saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Dövlət ittihamçısı çıxışında baş redaktora 5 il iş istəyib.

Qənimət Zahidin vəkilləri hökmdən apellyasiya şikayəti verəcəklərini deyiblər.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti