...

"Fənərbahça" Çempionlar liqasının 1/4 finalının ilk oyununda Londonun "Çelsi" klubunu məğlub edib

Cəmiyyət Materials 3 Aprel 2008 03:55 (UTC +04:00)
"Fənərbahça" Çempionlar liqasının 1/4 finalının ilk oyununda Londonun "Çelsi" klubunu məğlub edib

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir İ.Sultanov/ UEFA Çempionlar liqasının 1/4 finalının ilk matçında Londonun "Çelsi" klubu səfərdə Türkiyənin "Fənərbahça" klubuna 1:2 hesabı ilə məğlub olub. Türklər hesabda geri olsalar da, nəticədə oyunun müqəddaratını öz xeyirlərinə həll edə biliblər.

Qollar: Deyvid, 13-avt - Kazım Kazım, 65; Deyvid, 81.

Cavab matçı aprelin 8-də Londonda keçiriləcək.

UEFA Çempionlar liqasının 1/4 finalının digər matçında Londonun "Arsenal" klubu öz meydanında "Liverpul" klubu ilə heç-heçə edib. Qolları Adebayor (23) və Keyt (26) vurublar.

Məqalənin müəllifi ilə bu ünvanla əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti