...

Azərbaycan qadınlarının III qurultayı keçiriləcək

Cəmiyyət Materials 4 Aprel 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend , müxbir S.İlhamqızı/ Bu il avqustun 29-da Azərbaycan qadınlarının III qurultayı keçiriləcək. Trend un məlumatına görə bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cümə günü qurultaya hazırlıqla bağlı keçirilən mətbuat konfransında açıqlama verib.

Qurultayın təşkilatçısı Dövlət Komitəsi və qadın QHT-ləridir.

Dövlət Komitəsinin sədri Hüseynova bildirib ki, Azərbaycanın bölgələrində Ağbirçəklər Şurası yaradılmağa başlayıb. Bakıda və Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən qadın QHT-lərindən qurultaya nümayəndələr seçiləcək.

2007-ci il oktyabr ayının statistikasına əsasən, Azərbaycanda 2262 QHT dövlət qeydiyyatından keçib. Bunlardan 122-si qadın QHT-dir.

Parlamentdə isə qadınlar 14% təşkil edirlər, QHT sektorunda isə bu rəqəm 2 dəfə çoxdur. Azərbaycanda həmçinin 160 mindən çox qadın ailə başçısıdır.

Azərbaycanın bölgələrində qadınların ictimai fəallığı zəifdir. Bölgələrdə fəaliyyət göstərən 350 QHT-dən yalnız 22-si qadın QHT-dir.

Xəbər lenti

Xəbər lenti