...

Bakıda universal döyüş idman növü üzrə beynəlxalq turnir keçiriləcək

Cəmiyyət Materials 28 Aprel 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Bakıda universal döyüş idman növü üzrə eks-prezident Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyindən (AGİN) Trend a verilən xəbərə görə, turnirin iştirakçıları mayın 2-dən 5-dək "Abu Arena" idman kompleksində güclərini sınayacaqlar.

Turnirdə Azərbaycanın məşhur idmançıları - dünya çempionları Mənsur Hüsenyov, Sənan Dünyamalıyev, Avropa çempionu Nicat Tağıyev və başqaları mübarizə aparacaq.

Yarışda xanım idmançılara da mübarizə aparmaq imkanı yaradılıb.

Turnirdə iştirak etmək üçün Azərbaycana Rusiya, Nigeriya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan kimi ölkələrdən 30 idmançının gəlməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti