...

Avropa Şurasına üzv ölkələrdə qadınlara qarşı zorakılığın qarşısının alınması məsələləri müzakirə olunacaq

Cəmiyyət Materials 28 Aprel 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurasına üzv olan ölkələrdə qadınlara qarşı zorakılığın qarşısının alınması məsələləri Avstriyada müzakirə olunacaq. "Aprelin 29-dan mayın 1-nə qədər Vyanada Avorpa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası çərçivəsində təşkilata üzv olan ölkələrin gördükləri işlər müzakirə olunacaq", -deyə Trend -a açıqlamasında Avorpa Şurasının "Qadınlara qarşı zorakılığı dayandırın" kampaniyası üzrə milli koordinatoru, deputat Gülər Əhmədova məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Avorpa Şurası və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Tədbirdə Azərbaycanı deputat Gülər Əhmədova təmsil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti