...

Azərbaycan-Türkiyə media forumu yaradılacaq

Cəmiyyət Materials 29 Aprel 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir S.İlhamqızı/ "Azərbaycan və Türkiyə mediası" adlı üçüncü beynəlxalq konfrans gələn il Türkiyədə keçiriləcək. Trend un məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən "Azərbaycan-Türkiyə mediası" ikinci konfransda qərar qəbul olunub.

İki dəfə Azərbaycanda keçirilən bu konfransın ardının gələn il İstanbul şəhərində düzənlənməsi razılaşdırılıb.

Bugünkü konfransda həmçinin təklif olunub ki, türkdilli dövtlərin media forumu keçirilsin, Azərbaycan-Türkiyə Forumu yaradılsın. Bu Forum çərçivəsində Azərbaycan və Türkiyənin rəsmi şəxsləri iki ölkə mediası ilə görüşlər keçirsin, onları maraqlandıran sualları cavablandırsınlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti