...

Bakıda savadsızlıq problemləri müzakirə olunur

Cəmiyyət Materials 14 May 2008 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir S.Ağayeva/ YUNESKO-nun Baş direktoru Koiçiro Matsura, İordaniya və Niderlandın birinci xanımları, həmçinin, bir neçə ölkənin təhsil nazirləri Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun çərşənbə günü Bakıda işə başlayan konfransında iştirak edirlər."Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda YUNESKO-nun regional konfransı Azərbaycanın birinci xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə keçirilir.

"YUNESKO-nun savadlılığın yayılması üzrə Bakda təşkil edilən regional konfransı təşkilat, onun üzv dövlətləri, tərəfdaşlarının savadlılıq probleminə milli və regional səviyyələrdə bütün maraqlı tərəflərin gündəliyində nəzərə çarpacaq yer ayrılmasına yönəlmiş səylərində və Avropanı rəqabətqabiliyyətli və dinamik biliklər cəmiyyətinə çevirməklə, Lissabon strategiyasının (2000-ci il) məqsədlərinə çatmaq üçün razılaşdırılmış fəaliyyət hazırlamaqda böyük əhəmiyyət kəsb edir", - təhsil naziri Misir Mərdanov mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, konfrans çərçivəsində birinci xanımların və bəzi ölkələrin təhsil nazirlərinin iştirakı ilə Dəyirmi Masalar (DM) keçiriləcək.

"Dəyirmi Masalarda regiondakı əsas çağırışlar, tendensiyalar, problemlər, nailiyyətlər və innovasiyalar üzrə, həmçinin, savadlılığın yayılması üsullarına münasibətdə tövsiyələrin hazırlanması üçün müzakirələr aparılacaq", - nazir bildirib.

DM - da Aşağıdakl mövzular nəzərdən keçiriləcək: savadlılığın konsepsiyası və təkamülü, müasir dünyada yaşlı nəslin təhsili; savadlılıq ömür boyu təhsilin əsası kimi və işə düzələrkən zəruri olan əsas bacarıqların əldə edilməsi, biliklər cəmiyyətində fəal vətəndaş mövqeyi və sosial inteqrasiyanın təzahürü; savadlılığın və baza bacarıqlarının səviyyəsinin analizi, ölçülməsi və qiymətləndirilməsi; keyfiyyətli baza təhsilinə pedaqoji yanaşmalar; yeni tələbatın ödənilməsi, inteqrasiya etmiş təhsil imkanlarının təmin edilməsi sistemi, qanunverici və institusional tədbirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti