...

Azərbaycanlı rejissor "Mosfilm" üçün ssenari yazır

Cəmiyyət Materials 21 İyul 2008 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /TrendLife Eldar Hüseynzadə/

"Mənim "Mosfilm"lə müqaviləm var. Ssenarimə əsasən tanınmış rejissor Georqiy Danelinin 80 illik yubileyi ilə əlaqədar film çəkiləcək", -bu sözləri TrendLife-a əməkdar incəsənət xadimi, rejissor Cahangir Mehdiyev söyləyib. Onun sözlərinə görə, Daneli vaxtıkən yerli rejissorun müəllimi olub, bu işə də özü razılıq verib. "Danelinin üç əsəri var: "Biletsiz passajir", "Xidmətçi sona qədər içir", "Çito-Qrito". Bu əsərlərə mən ssenari yazıram",-deyə C. Mehdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti