...

Sevirsənsə – sus

Cəmiyyət Materials 16 Sentyabr 2008 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend Life , müxbir Zərinə Əhmədova / Zaurun valideynləri yeganə və sevimli oğullarının toyunda onlara necə zərbə vurulacağını hələ bilmirdilər. Qarşıdasa, onları çox ağır anlar gözləyirdi.

Dörd il əvvəl oğulluğa götürüldüyünü təsadüfən öyrənən Zaur (adı və yaşı dəyişdirilib) bu sirri bildiyini valideynlərinə məhz öz toyunda demək qərarına gəldi."Analıq və atalığım məni toy münasibətilə təbrik edəndə, onlara yaxınlaşıb qucaqlayacağam və doğma oğulları olmasam da, onları çox sevdiyimi söyləyəcəyəm", - deyə Zaur qərara aldı.

Toy hələ gələcəyin işidir və Zaurun da düşünməyə vaxtı var. Lakin indi o dərk edə, qəbul edə və bağışlaya bilmir. O, əsl valideynlərinin ondan imtina etməsini qəbul edə bilmir, ögey valideynlərinin ona həqiqəti deməmələrini bağışlaya bilmirdi: "Görəsən onlar mənim nə vaxtsa həqiqəti öyrənəcəyimi düşüməyiblər? Onları bağışlaya bilmirəm". Bir qurtum isti çay içdi və yenidən yaxın keçmişdən danışmağa başladı: "Mən 22 il ərzində özümü tanımamışam. Mən hətta doğum haqqında şəhadətnaməmdə göstərilən şəhərdə belə doğulmamışam". Lakin o, daha çox bu sirri bilməsini ögey valideynlərinə deyə bilməməsindən əziyyət çəkir, o, bu barədə heç vaxt və heç kimə deməyəcəyinə söz verib.

Regional Psixologiya Mərkəzinin psixoanalitiki Elmir Əkbər hesab edir ki, Zaurun keçirdiyi stres gənc insanın hələ formalaşmamış psixikası üçün normaldır. O, dünyagörüşünün formalaşmağa və möhkəmlənməyə başladığı bir vatxda, şüurlu həyat yolunun başlanğıcında belə bir kəskin məyusluqla üzləşib. "Bu hadisə əsnasında onun psixikasının olduqca zəif olduğu və belə zərbəyə hazır olmadığı üzə çıxıb", - deyə psixoloq bildirib.

Əkbər hesab edir ki, Zaurun bu sirri valideynlərindən deyil, yad bir adamdan öyrənməsi vəziyyəti daha da ağırlaşdırıb. Lakin qanuna görə, bu həqiqəti heç kim ona deməli deyildi. Əksinə, övladlığa götürülmə barədə sirrin açılması qanunazidd hesab olunur. Sovet Azərbaycanında belə olub (1991-ci ilə qədər). Həmin qanun indi də qüvvədədir. Əgər qohum və ya qonşu uşağa belə bir həqiqəti aıçblarsa, ögey valideynlər həmin şəxsi məhkəməyə verməklə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmək hüququna malikdirlər. Zaur həyatda olduqca şən bir insandır və onu bəxtigətirən də adlandırmaq olar. O, universitetə daxil olub, dərs əlaçısı olub, eyni zamanda yaxşı əylənmək fürsətlərini də əldə verməyib. Lakin o gündən etibarən hər şey dəyişib. Onun sözlərinə görə, həqiqəti heç cür qəbul edə bilməyib. "Mən qapalı həyat sürməyə başladım, ilk vaxtlar təklikdə qalmağı üstün tutdum, hətta dostlarım ilə də görüşmək istəmirdim, çünki onların bəziləri mənim övladlığa götürüldüyümü bilirdi. Evdə də az olurdum", - deyə Zaur xatırlayır. Zaur müsahibəsinin əvvəlində daha çox doğma anasından küsdüyünü bildirdi. O, doğma valideynləri haqqında ətraflı məlumat toplamaq və ondan nə üçün imtina etdiklərini öyrənmək qərarına gəlir. Bu səbəbdən də atası ilə görüşmək üçün doğulduğu şəhərə gedir, lakin onu tapmaq və onun kim olduğunu öyrənmək Zaura nəsib olmur. O, bunu atasını ittiham etmək üçün etmədiyini deyir: "Onunla danışmaq və ona necə insan olduğumu söyləmək, özümü göstərmək üçün ora getmişdim". "Mən onu başa düşürəm və günahlandırmıram. Atada anaya məxsus hissələr olmur. Lakin anamı başa düşmürəm, ana bir parçası olan övladını necə tərk edə bilər? O, məni başqa əllərə verəndə mən xəstə olmuşam və indiki valideynlərim məni sağaldıblar. Buna görə mən ona qarşı laqeyidəm", - deyə o, az qala bağırtı ilə deyir.

Belə görünür ki, o, doğma anası ilə yaxşı tanışdır. Bundan əlavə, Zaur deyir ki, anası onun kim olduğunu bilir, lakin bir dəfə də olsun doğma oğluna yaxınlaşmağa cəhd göstərməyib. O doğma anası ilə oğulluğa götürülməsi barədə sirr məlum olandan dərhal sonra üz-üzə gəlib. "O məni əlində uşaq qaldığı üçün başqasına verib", - deyə Zaur bildirib.

Lakin o görüşdən dörd keçsə də, Zaur hələ də anasının onu həyatından silə bilməsini, yad əllərə verməsini və onun üçün başqa həyat seçməsini dərk edə bilmir.

Psixoanalitik Əkbər əsəb sarsıntısının Zaura ciddi xəsarət yetirdiyini və depresiya üçün zəmin yaratdığını bildirir. O, Zaurun doğma anasına qarşı laqeyd olmasına inanmır və onun hisslərini qarışdırdığını düşünür. Belə ki, müsahibənin əvvəlində o, anasından incidiyini, bir neçə dəqiqə sonra isə ona qarşı laqeyd olduğunu deyir."O, anasına qarşı pis münasibət bəsləyə bilər, ona nifrət edə bilər, lakin ona qarşı laqeyd ola bilməz",- psixoanalitik bildirir.

Əkbər hesab edir ki, Zaur özü-özünü aldadır və onun hisslərini cilovlaması və doğma anasının onun üçün hansı əhəmiyyətə malik olduğunu anlaması üçün peşəkar psixiatorun köməyi lazımdır. Qarmaqarışıq hissələrinin girdabında Zaur ona bu sirri açan şəxsə sirri bildiyini heç kimə söyləməmək barədə verdiyi vədini də unudub. Və qarşıda gözlənilən toyunun ən qızğın vaxtında bu sirri bildiyini valideynlərinə demək və hər şeyə ramən onları çox sevdiyini söyləmək qərarına gəlib.

Lakin psixoloqlar valideynlərini stresə salaraq, onlara öz sevgisini sübut etməyi Zaura məsləhət görmürlər. Əkbər hesab edir ki, toyda belə bir açıqlama düşünülməmiş addım olacaq və valideynlərinə sarsıntı gətirəcək. "Mən onlardan intiqam almaq istəmirəm və bu mənə lazım deyil. Məni sevən, mənim üçün canlarını qurban verməyə hazır olan insanlardan intiqam almaq mənim nəyimə lazımdır. Mənim valideynlərimin artıq 60 yaşı var, lakin onlar yaşlı olmalarına baxmayaraq, mənə xoşbəxt uşaqlıq və gənclik bəxş ediblər. Əksinə, mən özümü və onları yalandan azad etmək istəyirəm", - deyə Zaur bildirib. Ailəvi psixoloq Bəhruz Salmanzadə ona tələsməməyi, onların və özünün xoşbəxt günündə onları kədərləndirməməyi məsləhət görür.Salmanzadə hesab edir ki, toyda belə bir açıqlama, sadəcə, sarsıntı və emosional zərbə olmayacaq. Onlar özlərini tək, köməksiz buraxılmış hiss edəcəklər və onlar oğullarının sevincini və Zaurun həqiqəti bilməyin ağrısına öyrəşə bilməyəcəklər.

"Bu böyük riskdir, onlardan hər hansı birini və ola bilsin ki, hər ikisini infarkt vura bilər", - deyə Salmanzadə bildirib. Salmanzadə bildirir ki, Zaur öz hisslərində səmimidir və növbəti yalana yol vermək istəmir. Lakin yenə də öz sirrini toy günü, sonrakı gün, heç vaxt açmamalıdır - "qoy bu, xilas naminə yalan olsun".

Uşaqların Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, hüquq müdafiəçisi Yusif Bəkirov bildirir ki, Zaur və övladlığa götürüldükləri onlardan gizlədilən digər uşaqların prolblemi ölkədə "Uşaq hüquqlarının müdafiəsi" haqqında beynəlxalq Konvensiyanın yerinə yetirilməməsi ilə bağlıdır. Bu Konvensiyaya əsasən, valideynlər ögey uşağa onun övladlığa götürülməsi barədə məlumat verməlidir. Azərbaycan bu Konvensiyanı 1992 -ci ildə imzalayıb və milli hökumətin imzaladığı bütün beynəlxalq Qanun və Konvensiyalar kimi, yerli Qanunlar üzərində prioritetə malikdir. Bəkirov hesab edir ki, Azərbaycanda övladlığa götürülmə sirri barədə Qanun ləğv olunmalıdır, valideynlər isə, uşaqların hüquqlarına icbari qaydada riayət etməli və uşağa övladlığa götürülməsi barədə həqiqəti bildirmək üçün uyğun məqam tapmalıdırlar.

"Uşaqdan keçmişi ilə bağlı həqiqəti gizlətmək düzgün deyil. Uşaq öz mənşəyi barədə həqiqəti bilmək hüququna malikdir və valideynlər bu həqiqəti ondan saxlamamalıdırlar; belədə onların huquqları pozulur", - deyə o bildirib. Statistika, Patent və Metrologiya üzrə Dövlət Agentliyinin saytında yerləşdirilən məlumata əsasən, Azərbaycanda 2007 - ci ilin əvvəlinə olan vəziyyətə görə, 20136 yetim uşaqdan 11 746 nəfəri övladlığa götürülüb.

Yetim uşaqlar və yeniyetmələrə yardım üzrə "Qaynar xətt" nömrəsi: 494-33-76

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti