...

Azərbaycanın "Qobustana qayıdış" filmi Çexiyada nümayiş olunacaq

Cəmiyyət Materials 21 Oktyabr 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr/ Trend Life , müxbir Eldar Hüseynzadə/

Azərbaycanın "Qobustana qayıdış" sənədli filmi XII "Jihlava International Documentary Film Festival" beynəlxalq sənədli film festivalı çərçivəsində 2008-ci il oktyabrın 24-dən 29-dək Çexiyada keçiriləcək EAST SILVER 2008-in işində iştirak edəcək. Trend Life-ın verdiyi xəbərə görə, bu film "Nərimanfilm" kinostudiyasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru İlqar Safatdır və kinofilmi kinobazara da məhz o təqdim edəcək.

2008-ci ildə çəkilən "Qobustana qayıdış" lenti Qobustanın qaya üztü yazıları və onun nadirliyindən danışır. Bu yer insanın qədim məskənlərindən biri hesab olunur. Qobustan petroqlifləri təqribən 20 000 illlik tarixə malikdir. Bütün əsrlər bu daşlarda öz izini buraxıb: dini mahiyyətli nişanələrdən tarixi tayfalaradək, Roma legionerləri və Sovet İttifaqı vətəndaşlarının yazılarınadək. Filmin qəhrəmanı bu daşlar arasında böyüyüb başa çatan Tərlan onları uşaqlığından tanıyır. O, tamaşaçıları Qobustanın dini mərasimlər keçirilən bütün mağaralarına aparır, qaya üzərində çəkilmiş qəribə rəsmləri, Günəş Məbədinin xarabalıqlarını, müqəddəs qaval daşı və yalnız Qobustanda rast gəlinən bir çox başqa şeyləri onlara göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected] .

Xəbər lenti

Xəbər lenti