Azərbaycan, Bakı 27 oktyabr / , müxbir K. Zərbalıyeva/ Azərbaycan vətəndaşlarına qarşı dələduzluq etmiş İran vətəndaşının işini məhkəmə yenidən araşdırır.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bazar ertəsi keçirilən prosesdə dələduzluğa görə məhkum olunmuş İran vətəndaşı Roober Mövsüm Amin oğlunun işi üzrə yenidən araşdırma başlayıb.
O, 2003 - cü ildən "Binə" Ticarət Mərkəzinin satıcılarının bir neçəsi ilə tanışlıq yaradaraq, onlara İrandan plastik qab -qacaq gətirməyi vəd edib.
İyirmidən çox satıcının etibarını qazanmış Roober Mövsüm onların ümumi dəyəri 1 milyon manatdan artıq pulunu mənimsəyib.
2007-ci ilin yanvarında həbs olunan Roober Mövsüm Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Appelyasiya Məhkəməsi işin düzgün araşdırılmadığını əsas gətirərək, cinayət işini, yenidən araşdırılması üçün, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndərib.
Bu gün keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən özünü elan olunan ittihamda təqsirli bilməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]