...

Azərbaycanın "Bakı" futbol klubu məşhur "Anderlext" komandası ilə görüşəcək

Cəmiyyət Materials 31 Oktyabr 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubu Belçikanın məşhur "Anderlext" komandası ilə əməkdaşlıq edəcək. Bu barədə Trend -a "Bakı" klubunun mətbuat xidməti məlumat verib.

İki klub arasındakı razılığa əsasən, noyabr ayında "Anderlext" klubunun iki məşqçisi Azərbaycana gələrək, "Bakı"nın yeniyetmələrdən ibarət komandasının məşqlərində iştirak edəcək.

Bu ilin dekabr ayında "Bakı" klubunun yeniyetmə futbolçularının "Anderlext"in məşqlərində iştirakı nəzərdə tutulub.

"Bakı" və "Anderlext" klubları arasında yoldaşlıq oyununun keçirilməsi qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti