...

Futbol üzrə Azərbaycan yığma komandası İngiltərə millisi ilə görüşəcək

Cəmiyyət Materials 4 Dekabr 2008 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir R.Ergün/ 17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-19) Avropa çempionatının (AÇ) birinci seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində məlum olub ki, Azərbaycan yığması 2010-cu ildə keçiriləcək AÇ-nin ikinci seçmə mərhələsinə vəsiqə qazanmaq uğrunda İngiltərə, Serbiya və Qazaxıstan milli komandaları ilə mübarizə aparacaq.

Birinci seçmə mərhələnin oyunları 2009-cu ilin oktyabr ayının 26-31-i aralığında Bakıda keçiriləcək.

U-17-nin baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

U-17 ilə yanaşı, 19 yaşlı qızlardan ibarət Azərbaycan yığma komandasının (U-19) 2010-cu ildə keçiriləcək AÇ-nin birinci seçmə mərhələsindəki rəqiblərinin adına da aydınlıq gəlib.

Nyon şəhərində keçirilən püşkatma mərasimində Danimarka, Polşa və İsrail komandaları U-19-un rəqibi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti