...

Azərbaycanda çimərlik futbolu üzrə daxili çempionat keçiriləcək

Cəmiyyət Materials 29 Aprel 2009 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda çimərlik futbolu üzrə daxili çempionatın keçirilməsi nəzərdə tutulur, çərşənbə günüçimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Emil Cabbarov Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) saytına müsahibəsində deyib.

"Əsas işimiz daxili çempionatın keçirilməsinə nail olmaqdır. Yığmanın oyunçuları bu gün ya futzalda, ya da böyük futbolda çıxış edirlər. Klub yoxdur, daxili çempionat keçirilmir. Yığmaya oyunçuları seçmək üçün bu problem təcili həll edilməlidir", - baş məşqçi deyib.

Cabbarovun sözlərinə görə, Premyer Liqada çıxış edən klublarla da bu istiqamətdə danışıqlar aparılır. İstəyirik ki, onların nəzdində çimərlik futbolu komandaları da fəaliyyət göstərsin.

"Avropada belədir. FİFA da bu sahədə kömək etmək üçün aparıcı klublara müraciət edib. "Mançester Yunayted" artıq belə bir komanda yaradıb və baş məşqçi postuna Erik Kantona gətirilib. Bu, klub, oyunçuları üçün də xeyirlidir. Çünki onlar fiziki hazırlıq sahəsində çətinlik çəkməyəcəklər. Rusiya, Ukrayna, Portuqaliya klubları daim yarışlarda çıxış edirlər. Yığmanın baş məşqçisi üçün də seçim imkanı asan olur", - baş məşqçi əlavə edib.

Cabbarov bildirib ki, Lənkəran, Nabran və Sumqayıtda çimərlik futboluna meydançalar hazırlamaq üçün federasiya rəsmiləri bu bölgələrdə olur, danışıqlar aparırlar. "Bununla həm də kütləviliyə nail olmaq istəyirik. Çimərlik futbolunda uğur qazanmaq şansımız çoxdur", - baş məşqçi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti