...

Beynəlxalq Sosial Тəminat Assosiasiyasının və Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti Azərbaycana gəlir

Cəmiyyət Materials 16 Oktyabr 2009 11:27 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev cümə günü Trend News-a bildirib ki, oktyabr 20-24-də Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru, Beynəlxalq Sosial Тəminat Assosiasiyasının (BSТA) komissiya sədri, Beynəlxalq Reabilitasiya Təşkilatının Avropa bölməsinin vitse-prezidenti İoakim Bröyerin və BSТA-nın xüsusi komissiyasının sədri, Almaniya Maşınqayırma, Elektrik və Toxuculuq Sənayesində Bədbəxt Hadisələrdən İcbari Sığorta Təşkilatının İdarə Heyətinin sədri Olaf Petermannın daxil olduğu nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Beynəlxalq Sosial Тəminat Assosiasiyasının və Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti Azərbaycana gəlir

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Beynəlxalq Sosial Тəminat Assosiasiyasının (BSТA) rəsmilərinin daxil olduğu Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti Azərbaycana gəlir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev cümə günü Trend -a bildirib ki, oktyabr 20-24-də Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru, Beynəlxalq Sosial Тəminat Assosiasiyasının (BSТA) komissiya sədri, Beynəlxalq Reabilitasiya Təşkilatının Avropa bölməsinin vitse-prezidenti İoakim Bröyerin və BSТA-nın xüsusi komissiyasının sədri, Almaniya Maşınqayırma, Elektrik və Toxuculuq Sənayesində Bədbəxt Hadisələrdən İcbari Sığorta Təşkilatının İdarə Heyətinin sədri Olaf Petermannın daxil olduğu nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Səfərdə məqsəd Azərbaycan DSMF ilə əlaqələri daha da inkişaf etdirmək və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə tədbirlərlə bağlı müzakirələr aparmaqdır. BSТA-nın xüsusi komissiyası və BSТA-nın texniki komissiyası çərçivəsində 2010-cu ilin yazında Azərbaycanda birgə beynəlxalq seminarların keçirilməsi məsələsi də səfər zamanı diqqət mərkəzində olacaq.

Ölkəmizdə belə bir seminarın keçirilməsi təklifi ilə BSTA rəsmiləri çıxış ediblər. Seminarın ilkin mövzusu kimi "Enerji sektorunda peşə xəstəliklərinin qarşısının alınması, sığortalanma və reabilitasiyanın təminatı" irəli sürülüb. Eyni zamanda, Avropada bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanma sahəsində cari problemlərinin icmalı və başqa bu kimi məsələlərin də seminarın müzakirəsinə çıxarılması təklif olunur.

BSТA rəsmilərinin Azərbaycana planlaşdırılan səfəri zamanı, həmçinin Azərbaycan və Almaniya arasında əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Nazirlər Kabinetində və bir sıra digər nazirliklərdə görüşlərin keçirilməsi nəzərdə tutulur.

2004-cü ilin sentyabrında ölkəmiz BSTA-nın büro üzvü seçilib, Assosiasiyanın Avropa toplantısı 2005-ci ilin sentyabrında Bakıda keçirilib. 2007-ci ildə ölkəmizin inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilməsi və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malik olması, Komitənin iclasının 2008-ci ilin 2 iyul tarixində Bakı şəhərində keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. Bu əlaqələrin inkişafının davamı kimi 2008-ci ilin oktyabr ayında Bakıda BSTA-nın və DSMF-nin birgə təşkilatçılığı ilə Assosiasiyanın üzvü olan 16 ölkənin iştirakı ilə beynəlxalq texniki seminar keçirilib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti