...

Azərbaycanın orta məktəblərində insan orqanizminə mənfi təsir göstərən zəzrərli vərdişlərə qarşı yeni dərsliyin istifadəsi nəzərdə tutulub

Cəmiyyət Materials 4 Noyabr 2009 11:51 (UTC +04:00)
"İnsan orqanizminə mənfi təsir göstərən zərərlərlə bağlı kompleks tədbirlər keçirilməlidir. Orta məktəblərdə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində dərs vəsaitləri hazırlanıb. Həm müəllimlər, həm də şagirdlər üçün nəzərdə tutulan dərslik Təhsil Nazirliyinə təqdim olunub və yanvar ayından onların tədrisi planlaşdırılır", - çərşənbə günü Trend News-a Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SKAD) Azərbaycan üzrə koordinatoru Məzahir Əfəndiyev bildirib.
Azərbaycanın orta məktəblərində insan orqanizminə mənfi təsir göstərən zəzrərli vərdişlərə qarşı yeni dərsliyin istifadəsi nəzərdə tutulub

Azərbaycan, Bakı, 4 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın orta məktəblərində insan orqanizminə mənfi təsir göstərən zəzrərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi üçün yeni dərsliyin istifadəsi nəzərdə tutulub.

"İnsan orqanizminə mənfi təsir göstərən zərərlərlə bağlı kompleks tədbirlər keçirilməlidir. Orta məktəblərdə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində dərs vəsaitləri hazırlanıb. Həm müəllimlər, həm də şagirdlər üçün nəzərdə tutulan dərslik Təhsil Nazirliyinə təqdim olunub və yanvar ayından onların tədrisi planlaşdırılır", - çərşənbə günü Trend -a Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SKAD) Azərbaycan üzrə koordinatoru Məzahir Əfəndiyev bildirib.

2008-ci ildə Azərbaycanda 1029 nəfər damar daxili narkotik istifadəçisi immun çatışmazlığı virusuna yoluxub. Ötən il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2411 nəfər şəxsin məsuliyyətə cəlb edildiyi, bunlardan 69-nun qadın, 64-nün xarici ölkə vətəndaşı, 5 nəfərinin isə 18 yaşınadək olan şəxslər olduğu bildirilir.

Bu ilin ilk yarımilliyində Azərbaycanın hüquq-mühafizə orqanları narkotiklərlə bağlı cinayət əməllərinə görə 1243 nəfəri həbs edib. Cinayət məsuliyyətinə cəlb olunmuş Azərbaycan vətəndaşlarından 3-ü 18 yaşınadək olandır.

Əfəndiyev sözlərinə görə, 50 000 nüsxə dərslik Təhsil Nazirliyinə göndərilib.

"İstər ali , istər orta məktəblərdə insan sağlamlığına təsir edən məsələlər ətrafında təbliğat işlərini mükəmməlləşdirmək, gücləndirmək lazımdır. Qloballaşan dünyada bir müddət əvvəl narkotik vasitələrin ziyanını ciddiliyini vurğulayırdıqsa, bu gün elə viruslar var ki, mənbəyini tapmaq çətindi. Profilaktik tədbirlərin vaxtında görülməsi çox zəruridir", - Əfəndiyev əlavə edib.


Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov isə çərşənbə günü Trend -a bildirib ki, SKAD proqramı çərçivəsində hazırlanan kitablara baxılıb və müsbət qiymətləndirilib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti