...

Azərbaycanın sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə edən sürətli inkişafı ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini ortaya çıxarıb - Hacıbala Abutalıbov

Cəmiyyət Materials 19 Fevral 2010 04:26 (UTC +04:00)

Azərbaycanın sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə edən sürətli inkişafı müasir dünyanın mühüm problemlərindən olan ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini ortaya çıxarmışdır, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov cümə axşamı ekoloji problemlərə həsr olunmuş müşavirədə çıxış edərək deyib. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.

"Ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə edən sürətli inkişafı müasir dünyanın mühüm problemlərindən olan ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini ortaya çıxarmışdır. Əlbəttə, məhz ekologiya problemlərinin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, möhtərəm Prezident, Sizin Sərəncamınız ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı"nın təsdiq edilməsi və bu Sərəncamın icrası ilə əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, Bakı şəhərində də ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilməsinin özü artıq yüksək inkişafın, dövlətin vətəndaşına qayğısının və Azərbaycanda beynəlxalq standartların mövcudluğunun göstəricisidir", - Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, yüz ildən çox bir zamanı əhatə edən neft sənayesi və ümumiyyətlə sənaye müəssisələrinin Bakı şəhərində xüsusilə üstünlük təşkil etməsi, bu zaman kəsiyində keyfiyyətə yox, kəmiyyətə üstünlük verilməsi və uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş torpaqların, eyni zamanda, süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması ekoloji vəziyyətə mənfi təsir göstərən mühüm amillər sırasındadır.

"Artıq heç kimə sirr deyil ki, bu gün dünyanın müxtəlif şəhərlərində atmosfer çirklənməsinin çoxu məhz avtomobil nəqliyyatının payına düşür. Hazırda Bakı şəhərində 549 min 511 avtomobil qeydiyyatdadır ki, bunların da çoxu, başqa sözlə, 80 faizi Avro-3 və Avro-4 standartlarına uyğun deyildir. Həmin avtomobillərdən atmosferə normadan artıq zəhərli maddələr ixrac olunur. Xaricdən Avrostandartlara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınması və 10-15 il əvvəl istehsal olunmuş köhnə, yararsız, ekoloji standarta cavab verməyən, istismar müddətini başa vurmuş avtonəqliyyat vasitələrinin tədricən istismardan çıxarılması və eyni zamanda, yeni Avrostandarta uyğun yanacağın istehsalının artırılması Bakı şəhərinin ekologiyasının qorunmasına gətirib çıxara bilər. Yüz ildən çox bir zamanı əhatə edən neft sənayesi və ümumiyyətlə sənaye müəssisələrinin Bakı şəhərində xüsusilə üstünlük təşkil etməsi, bu zaman kəsiyində keyfiyyətə yox, kəmiyyətə üstünlük verilməsi və uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş torpaqların, eyni zamanda, süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması ekoloji vəziyyətə mənfi təsir göstərən mühüm amillər sırasındadır. Bakı şəhərinin ekoloji vəziyyətinə təsir edən bu amilin aradan qaldırılması üçün, möhtərəm Prezident, Sizin göstərişinizə əsasən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni dünya standartlarına uyğun sənaye müəssisələrinin yaradılması prosesi gedir ki, artıq bu da öz müsbət nəticəsini verməkdədir. Eyni zamanda, bu gün fəaliyyət göstərən sənaye müəssisələrində quraşdırılmış qaz-toz tutucu qurğuların səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması müşahidə edilir", - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı deyib.

Onun sözlərinə görə, istismar müddətini başa vurmuş, uzun illərdən bəri həllini gözləyən və süni çirkab göllərinin yaranmasına, Xəzər dənizinin çirklənməsinə səbəb olan məsələlərdən biri də kanalizasiya problemidir.

"İstismar müddətini başa vurmuş, uzun illərdən bəri həllini gözləyən və süni çirkab göllərinin yaranmasına, Xəzər dənizinin çirklənməsinə səbəb olan məsələlərdən biri də kanalizasiya problemidir. Ekologiyaya mənfi təsir göstərən bu problemin həllində də vəziyyətin yaxşılaşdırılması istiqamətində, möhtərəm Prezident, Sizin müvafiq Sərəncamınızla yerinə yetirilən "Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması və genişləndirilməsi" layihəsi əsasında 2007-ci ilin aprel ayından etibarən tikinti-quraşdırma işlərinə başlanılmış və gücü 160 min kubmetr olan yeni 3-cü texnoloji xətt artıq istifadəyə verilmişdir. Bununla da mövcud stansiyanın iş qabiliyyəti sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılmışdır. Həmçinin bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə, möhtərəm Prezident, Sizin tərəfinizdən 2007-ci il iyunun 20-də imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamın icrası ilə əlaqədar xeyli iş görülmüş, beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da ümumilikdə gün ərzində təxminən 4 min kubmetrdən artıq çirkab suyun təmizlənməsinə şərait yaratmışdır", - Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar olaraq son vaxtlar böyük işlər görülməkdədir.

"Uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar olaraq son vaxtlar böyük işlər görülməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə "Təmiz şəhər" SC-nin yaradılması və Sabunçu rayonunun Balaxanı poliqonu ərazisində tikilməkdə olan məişət tullantıları emalı zavodunun istifadəyə verilməsi məişət tullantılarının şəhərin ekoloji vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasında böyük rol oynayacaqdır. Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı"na və həmçinin möhtərəm Prezident, Sizin sədrliyinizlə 2009-cu il aprelin 20-də keçirdiyiniz müşavirədə xüsusilə Bakı şəhəri ərazisində yaşıllıqların və uzunömürlü ağacların əkilməsi, təbiətin faunasının qorunması ilə əlaqədar verdiyiniz tapşırığa uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən paytaxtda ekoloji vəziyyətin sağlamlaşdırılması üçün yaşıllaşdırmanın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən şəhər ərazisində 200 mindən çox ağac, 500 mindən çox gül və bəzək kolu əkilmiş, çoxlu çəmənliklər salınmış, bağ və park sahələri bərpa edilmişdir. Eyni zamanda, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin təqdim etdiyi arayışa əsasən bu illər ərzində Bakı şəhəri rayonlarının ərazisində 1 milyon 90 min 300 ağac, gül və bəzək kolları əkilmiş, 2010-cu il - "Ekologiya ili" çərçivəsində isə təxminən 431 min ağac və gül kolunun əkilməsi və çoxlu çəmənliklərin salınması nəzərdə tutulmuşdur", - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı deyib.

Xəbər lenti

Xəbər lenti