...

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanun pozuntuları ilə əlaqədar, demək olar, 47 min manat dəyərində cərimə sanksiyaları tətbiq edib

Cəmiyyət Materials 14 May 2010 11:15 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının ikinci yarısında ekoloji qanun pozuntusu ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 46 900 manat məbləğındə cərimə sanksiyası tətbiq edib ki, bunun da 7 562 manatı ödənilib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanun pozuntuları ilə əlaqədar, demək olar, 47 min manat dəyərində cərimə sanksiyaları tətbiq edib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının ikinci yarısında ekoloji qanun pozuntusu ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 46 900 manat məbləğındə cərimə sanksiyası tətbiq edib ki, bunun da 7 562 manatı ödənilib. Bu barədə Trend-ə Ekologiya Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat verilib.

Ətraf mühitə dəyən zərərlə əlaqədar 13 908 manat dəyərində cərimə tətbiq olunub ki, bunun da 3 153 manatı ödənilib.

Qeyd edilən dövr ərzində su resurslarından səmərəli istifadə üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar tətbiq edilmiş cərimələr 10 518 manat təşkil edib ki, bunun da 23 068 manatı (ötənilki cərimələrin ödəmələri daxil olmaqla) ödənilib.

Floranın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi 22 600 manat təşkil edib ki, bunun da 3 220 manatı ödənilib.

Su hövzələrinin bioloji resursların artırılması və mühafizəsi sahəsində qanun pozuntusuna görə tətbiq edilmiş cərimənin həcmi isə 11 506 manat təşkil edib, bunun da 725 manatı ödənilib.

Xəbər lenti

Xəbər lenti