...

Bakıda Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" adlı beynəlxalq elmi konfrans öz işinə başladı (FOTO)

Cəmiyyət Materials 29 İyun 2010 15:54 (UTC +04:00)
XXI əsr şəraitində bu konfransın keçirilməsi çox aktualdır, belə ki, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həllinə ümumi yanaşma tələb olunur. Alimlər bir yerə toplaşaraq çətin vəziyyətdən çıxmaq üçün, müasir cəmiyyət və müasir insanı əhatə edən bir çox məsələlər və problemləri mürəkkəb vəziyyətdən çıxarmaq üçün konkret təkliflər irəli sürməlidirlər. Bu barədə çərşənbə axşamı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" (Bakı forumu) beynəlxalq elmi konfransının açılışında bildirib.
Bakıda Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" adlı beynəlxalq elmi konfrans öz işinə başladı (FOTO)

Аzərbaycan, Bakı, 29 iyun /Trend, müxbir S.Ağayeva/

XXI əsr şəraitində bu konfransın keçirilməsi çox aktualdır, belə ki, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həllinə ümumi yanaşma tələb olunur. Alimlər bir yerə toplaşaraq çətin vəziyyətdən çıxmaq üçün, müasir cəmiyyət və müasir insanı əhatə edən bir çox məsələlər və problemləri mürəkkəb vəziyyətdən çıxarmaq üçün konkret təkliflər irəli sürməlidirlər. Bu barədə çərşənbə axşamı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" (Bakı forumu) beynəlxalq elmi konfransının açılışında bildirib.

Hazırkı ikigünlük konfrans 2009-cu il iyunun 15-16-da Heydər Əliyev Fondunun Moskva rəhbərliyi və Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun səyləri və dəstəyi altında Moskvada keçirilmiş "Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri" (ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş) beynəlxalq konfransının davamı hesab olunur.

"Belə tədbirlər həm də beynəlxalq və insan əlaqələrinin möhkəmlənməsi üçün vacibdir, belə ki, dialoq konkret fəal birgə iş şərtləri altında vahid səylər nəticəsində mümkündür", - Nərgiz Paşayeva deyib.

"İnsan nədir? O, nələri bilmək iqtidarındadır? O, nəyə etibar edə bilər və nə etməlidir? Bütün bu klassik fəlsəfi məsələlər bu gün aktual və demək olar ki, açıq olaraq qalır. Biz yalnız insan biliyi, insan təhsili, onun zəngin dünyası, qəlbi və şüurunun daxili potensialı vasitəsilə bizi əhatə edən dünyanı tanıyırıq", - rektor bildirib.

Onun sözlərinə görə, fəlsəfə ali zəka və ideyalar elmidir. "Lakin qeyd etməliyik ki, istənilən sağlam düşüncəli insan fəlsəfəyə böyük həvəs, maraq göstərir, daha doğrusu, özünü və onu əhatə edən dünyanı dərk etmək arzusundadır", - o qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov konfransdakı çıxışı zamanı deyib ki, beynəlxalq elmi əlaqələr yalnız elmin inkişafına deyil, eləcə də müasir dünyada mədəniyyət dialoqunun qurulmasına imkan yaradır.

Onun sözlərinə görə, AMEA-nın Fəlsəfə, Sosiologiya İnstitutu ilə REA-nın Fəlsəfə İnstitutu arasında əlaqələr, əslində, Rusiya və Azərbaycanın mədəniyyət dialoqu ənənələrini davam etdirir.

"Fəlsəfə elə bir elmdir ki, onsuz istənilən dialoq çətindir. Etiraf etmək vacibdir ki, bizim alimlərin, ictimaiyyətşünasların, humanitarların beynəlxalq əməkdaşlıq miqyası hələ ki o qədər də böyük deyil, lakin bu barədə artıq müsbət tendensiya, fikir var və ümid edirik, sarsılmaz olaraq qalacaq", - Mahmud Kərimov deyib.

O qeyd edib ki, AMEA anlayır ki, azərbaycanlı alim-ictimai xadimlər üçün Rusiya alimləri ilə əlaqələri genişləndirmək, birgə proqramlarda iştirak etmək, birgə əsərləri çap etdirmək çox vacibdir.

"Mənə məlumdur ki, bizim Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda bu istiqamətdə çox işlər görülüb və biz belə əməkdaşlığı genişləndirməyi bütünlüklə dəstəkləyirik", - Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri bildirib.

"Qarşımızda qloballaşma şəraitində mədəniyyət dialoqunu təmin etmək kimi mühüm çağırışın vacibliyi dayanır", - REA-nın Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov deyib.

"Biz mədəniyyətlərin müxtəlifliyini qiymətləndiririk və qloballaşma şəraitində onu saxlamağa çalışmalıyıq. Ümid edirəm, bizim forum bu problemin həlli üçün öz töhfəsini verəcək. Məmnuniyyətlə qeyd edirəm ki, postsovet məkanında azərbaycanlı və rusiyalı alimlərin əlaqələri daha açıq şəkildə inkişaf etməyə başlayıb. Biz bu əlaqələri gələcəkdə də inkişaf etdirməliyik", - Əbdülsalam Hüseynov deyib.

O, forumun praktiki fəaliyyəti ilə iki xalq arasında dialoq və qarşılıqlı anlaşmanın inkişafına öz töhfəsini verəcəyinə ümid bəslədiyini ifadə edib.

Elmi-fəlsəfi tədqiqatların nəzərdən keçiriləcəyi forumda AMEA və REA-nın Fəlsəfə institutlarının məşhur alimləri "Beynəlxalq elmi əməkdaşlığın bir çox problemləri və Azərbaycanda ictimai elmin inkişaf yolları", "Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev - İnsan və siyasətçi", "Demokratiya, kütləvi mühit və bir daha tarixdə şəxsiyyətlərin rolu", "Qloballaşma şəraitində qarşılıqlı təfəkkür mədəniyyəti əlaqələri", "Sivilizasiya dəyişikliyi dövründə yeni nəslin formalaşması və estetik tərbiyə problemləri" və "Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və dəyərləri" mövzularında məruzələrlə çıxış edəcəklər.

Bakı forumunun yekunlarına əsasən, müasir dünyada mədəniyyət dialoqu prosesində Heydər Əliyev Fondunun səylərinə dair son müraciət qəbul olunması, Azərbaycan və Rusiya alim-filosoflarının müasir dövrdə mədəniyyətin dialoqu problemi barədə nəzəri və praktiki məruzələrlə çıxış edəcəkləri gözlənilir.

Bakıda keçirilən konfransda əsas etibarilə REA Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Prezidenti yanında Maliyyə Akademiyasından olmaqla 20-yə yaxın rus filosofu, o cümlədən, akademik Əbdülsalam Hüseynov, fəlsəfə elmləri doktoru, professorlar Aleksandr Çumakov, İqor Liseyev, tarix elmləri doktoru, professor Georgi Alekseyev (MDU), Dağıstan, Türkmənistan və digər ölkələrdən filosoflar iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti